Ərdoğan bu gün ELAN EDƏCƏK: Türkiyədən ŞOK həmlə gəlir

image-erdoganturkiye2backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün amerikalı həmkarı Co Baydenin “soyqırım” açıqlamasına cavab verə bilər.

Busaat.az xəbər verir ki, prezidentin mətbuat katibi İbrahim Kalın Röyters agentliyinə açıqlamasında bildirib ki, Ərdoğan nazirlər kabinetin toplantısının arından açıqlamalar verəcək. Dövlət başçısının ABŞ-a qarşı atılacaq addımların nədən ibarət olacağını açıqlayacağı istisna edilmir:
“Qarşıdakı günlərdə və aylarda fərqli forma və dərəcələrdə qarşılıq veriləcək. Bu gün nazirlər kabinetindən sonra Ərdoğan açıqlamalar edəcək. Uyğun olduğunu hesab etdiyimi yer və zamanda bu ədalətsiz açıqlamaya qarşılıq verməyi davam etdirəcəyik”.

Kalın ABŞ-a qarşı atılacaq addımların nədən ibarət olacağı barədə suala cavab verməyib. Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan “İncirlik” hərbi bazasının bağlanacağını istisna etmir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90