Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 171 $▼1.54%
  • Ethereum1 907 $▼1.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ərdoğan: "Qərbə güvəndiyim kimi, Rusiyaya da güvənirəm"

image-receb-tayyib-erdogan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə əməkdaşlıq etdiyini və Qərbə güvəndiyi kimi, ona da güvəndiyini bəyan edib.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə lideri ABŞ-nin PBS telekanalına müsahibəsində deyib.

“Onlara  etibar etməmək üçün heç bir səbəbim yoxdur. Qərb etibarlı olduğu kimi, Rusiya da etibarlıdır. 50 ildir ki, biz Avropa Birliyinin astanasında dayanmışıq və hazırda mən Rusiyaya Qərbdən az güvənmirəm”, – Ərdoğan bildirib.

“Təbii qazımın yarısı Rusiyadan gəlir, bu bizim həmrəyliyimizin əlamətidir. Biz irəliyə doğru birgə addımlar atırıq və müdafiə sənayesində də əməkdaşlıq edirik. Bütün bunları Rusiya ilə birlikdə edə bilərik”, – Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ankara və Aİ-yə üzv ölkələrin Rusiya ilə bağlı fərqli mövqeləri var.

“Rusiya mənim ən yaxın qonşularımdan biridir və bizim ortaq tariximiz var”, – deyə Ərdoğan qeyd edib.

O, həmçinin Ukraynadakı münaqişənin uzun müddət davam edəcəyini düşünür. Ərdoğan həmçinin vurğulayıb ki, Moskva həqiqətən də bu münaqişənin mümkün olan ən qısa zamanda sona çatması mövqeyinə sadiqdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122327