Ərdoğan sabah Azərbaycana gələcəkbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradda iştirak etmək üçün sabah Azərbaycana gələcək.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın səfəri Prezident İlham Əliyevin dəvəti əsasında 9-10 dekabr tarixlərində gerçəkləşəcək. Türkiyə Prezidenti dekabrın 10-da hərbi paradda iştirak etməklə yanaşı, səfəri çərçivəsində görüşlər keçirəcək.

Görüşlər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda izlənilməsi üçün atıla bilinəcək ortaq addımlar müzakirə olunacaq, iki qardaş ölkə arasında mövcud işbirliyinin daha da gücləndiriməsi istiqamətində meydana çıxacaq yeni imkanlar dəyərləndiriləcək.

Görüşlər zamanı ikitərəfli münasibətlərə mühüm töhfələr verə biləcək müxtəlif razılaşma və memorandumların imzalanması da gözlənilir