Ərdoğan və Sunak arasında kritik telefon danışığı – Gündəlikdəki MƏSƏLƏLƏR

image-erdoganbackend

Türkiyə prezidenti rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub.

Busaat.az xəbər verir ki, telefon danışığı zamanı başda ticarət və müdafiə sənayesi olmaqla iki ölkə arasında əlaqələri yaxşılaşdıracaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan İngiltərə Baş naziri Sunak ilə görüşündə iki NATO müttəfiqi olaraq sağlam düşüncə və strateji perspektivin əlaqələrə hakim olmağa davam edəcəyinə inandığını qeyd edib.

Ərdoğan İngiltərənin Baş naziri Sunakla görüşündə Rusiya və Ukrayna arasında danışıqların sürətlə bərpasının bütün tərəflərin marağında olacağını vurğulayıb.

Həmçinin, Prezident Ərdoğan Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90