Ərdoğan yunan qəzetini məhkəməyə verdibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edən vəkillər Yunanıstanın “Demokratiya” qəzetini keçən həftə yayımlanan təhqiramiz başlıqlı məqaləyə görə məhkəməyə verib.

Busaat.az xəbər verir ki,  bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Qəzetdə prezidentimizə ünvanlanan ifadələr əxlaqın ən iyrənc tənəzzülünü nümayiş etdirir. Və Yunan cəmiyyətinin susqunluğuna baxsanız, bu tənəzzülün marjinal təbəqələrinin hüdudlarından kənara çıxdığı məlum olur”, – deyə məhkəmə müraciətində qeyd olunub.

Bununla yanaşı, “Təhqir başqa sözləri tapa bilməyənlərin dilidir və təhqir yönəldiyi şəxs üçün deyil, təhqir edən üçün rüsvayçılıqdır”,- deyə müraciətdə əlavə olunub.

Xatırladaq ki, Yunanıstanın “Demokratiya” qəzeti 18 sentyabrda dərc etdiyi nəşrin ön səhifəsində Ərdoğana qarşı təqiramiz bir başlığın yer aldığı məqalə yerləşdirmişdi. Türk dilini bilməyən oxucular üçün isə redaktorlar, ingilis dilində tərcümənin qeyd olunduğu dipnot yerləşdirmişdilər.

Bir gün sonra isə Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos-Deamessis təhqiramiz nəşrə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı. Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlama verib. O, təhqirlərin söz azadlığı ilə əsaslandırılmayacağını da vurğulayıb.

Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas də nəşri qınayaraq təhqir dilinin yunan cəmiyyətinin dəyərlərinə zidd olduğunu qeyd etmişdi.