Ərdoğanın Bakıya səfər proqramı açıqlandı

Ərdoğanın Bakıya səfər proqramı açıqlandıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90