Ərdoğanla Vladimir Putin arasında görüş keçiriləcək

image-putin_erdogan_newbackend

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş olacaq.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olarkən jurnalistlərə açıqlamasında məlumat verib.

“Azərbaycanın Zəngəzur layihəsini çox önəmli hesab edir və dəstəkləyirik. Açılması gözlənilən bu dəhliz bütün bölgə üçün çox önəmli bir imkan olacaq. Bu məsələ ilə əlaqədar an etibarı ilə Rusiya tərəfindən fikir ayrılığı və ya bu işi gecikdirmək niyyətinin olduğunu ehtimal etmirəm. Tam əksinə, Rusiya burada daha dəstəkləyici münasibət göstərir. Həm qardaşım İlham Əliyevin görüşləri var, həm də yaxınlarda cənab Putinlə ikitərəfli görüşüm olacaq”, – deyə Ərdoğan qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90