Eriksen azarkeşlərə müraciət etdi

image-erikbackend

Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda  huşunu itirən Danimarka millisinin futbolçusu Kristian Eriksen sosial media hesabından azarkeşlərə müraciət edib.

Busaat.az xəbər verir ki, bununla bağlı o, özünün “İnstaqram” hesabında yazıb. Xəstəxanadan şəklini paylaşan 29 yaşlı yarımmüdafiəçi ona dəstək olanlara təşəkkür edib: “Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm! Dünyanın dörd bir tərəfindən insanların sənə dəstəyini ifadə etməsi möhtəşəmdir. Bu mən və ailəm üçün çox şey deməkdir.

Özümü yaxşı hiss edirəm. Amma hələ də xəstəxanada bəzi müəyinələrdən keçməmişəm.
Danimarka millisinə qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Qeyd edək ki, Eriksen Finlandiya ilə görüşdə huşunu itirdikdən sonra oyun dayandırılıb və  futbolçuya ürək masajı olunub. Bundan sonra o, xəstəxanaya aparılıb, görüş isə bərpa edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90