“Erməni əsgərlər Qarabağda niyə geri çəkilir?” – Polkovnik əsl səbəbi AÇIQLADIbackend

Düşmən özü xoşluqla geri çəkilmir. Onu arxaya çəkməyə məcbur edən amillər var. Bunlardan ən əsası Azərbaycan Ordusunun irəliləməsi və zəfəridir.

Busaat.az  xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, hansısa istiqamətlərdə mühasirəyə düşmək ehtimalı olduğundan düşmən məcburiyyət qarşısında geri çəkilir və vəziyyəti düzəltməyə çalışır:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi Ordumuzun uğurlarını gizlətmək istəyir. Artıq görüntülər var, o görüntüləri Ermənistan cəmiyyəti də görür. Bunu gizlətmək konkret olaraq mümkünsüzdür. Düşmən müəyyən şəkildə hansısa mövqeləri möhkəmləndirmək məqsədilə geri çəkilmək barədə məlumatlar yaya bilər.

Digər tərəfdən mütəmadi olaraq düşmən bizim yaşayış məntəqələrini atəşə tutur. Həmin yaşayış məntəqələri təmas xəttindən xeyli uzaqdadır. Bunun səbəblərindən biri odur ki, Ermənistan hakimiyyəti cəmiyyəti yalan məlumatlarla sakitləşdirmək istəyir””.Ş.Ramaldanov qeyd edib ki, düşmən bununla öz məğlubiyyətini gizlətməyə çalışır:

“Bütün bunlara baxmayaraq, yaxın günlərdə, bəlkə də tezliklə yeni azad olunmuş ərazilər haqqında məlumat alacağıq. Dünən hava şəraiti dumanlı və çiskinli olduğu üçün əvvəlki günlərə nisbətən sakit keçib. İstənilən halda Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirmək əzmindədir”.

Qeyd edək ki, ötən gün Ermənistan ordusu geri çəkildiyini rəsmən etiraf edib.Azvision