Erməni səngərindən çəkiliş: Ordumuzun PUA-sı nələr etdi… – VİDEObackend

Azərbaycan Ordusuna məxsus PUA-nın erməni ordusunun mövqelərinə hücumunu əks etdirən görüntü yayılıb.

Görüntüləri rusiyalı media təmsilçiləri erməni səngərində olarkən qeydə alıblar.

PUA-nın səsindən diksinən erməni əsgərlər bunun Azərbaycan Ordusunun inventarında olan “Bayraqdar”, yoxsa İsrail istehsalı zərbə PUA-sı olduğunu aydınlaşdırmağa çalışarkən artıq PUA yaxınlaşıb. PUA-ya qarşı silahları işə salan ermənilərin heç nəyə nail olmadığı, əvəzində isə Ordumuzun PUA-sının iki ardıcıl zərbə ilə hədəfləri məhv edərək, geri döndüyü açıq-aydın görünür.

Rusiyalı jurnalistlərin yaydığı sözügedən videonu təqdim edirik: