Erməni şərhçi Avro-2020-nin oyunları üçün akkreditasiya aldı

image-serhcibackend

Rusiyanın “Matç TV” telekanalının erməni şərhçisi Nobel Arustamyanın Avro-2020-nin oyunları üçün akkreditasiya alıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Teleqram” kanalında yazıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün akkreditə olunmuşdur. Əla. Təşəkkür edirəm, UEFA. Çalışmağa davam edirik”.

Xatırladaq ki Arustamyan işğal olunduğu vaxt Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. O, 2020-ci il oktyabrın 5-də Arustamyan Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. O Qarabağın “ermənilərə məxsus olduğunu” iddia etməklə yanaşı, tarixi saxtakarlıqla məşğul olub. Bu səbəbdən o,  turnir üçün akkresitasiya ala bilməmişdi.

Qeyd edək ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90