Erməni tərəfinin postları boşaldılıb partladılır

image-1632659119_postbackend

Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib.

Busaat.az Yenicag.az-a istinadən xəbər verir ki, Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır, Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfindən isə buldozerlərlə həmin partladılmış məntəqələr doldurulur.

Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-da 9-u boşaldılıb. Mövqelərdə isə Rusiya sülhməramlı qüvvələri yerləşir.

Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində postlar boşaldılıb, partladılıb, yerləri doldurulacaq. Beləcə bu proses mərhələli şəkildə sona qədər davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90