“Ermənilər Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar” – Politoloq

image-2020-11-12-14-21-343xnlcgaogwalhm2jpgrv_filebackend

“Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür”.

Busaat.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Msokva səfərini dəyərləndirən politoloq Elxan Şahinoğlu səsələndirib.

image-1553514748_1507876010_elxan

Elxan Şahinoğlu Paşinyanın növbəti səfərinin Fransaya olacağını bildirib:

“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq. Fransa prezidenti Emmanuel Makron erməni dostunu Parisə dəvət edəcək. Elə Paşinyanın özü də Rusiya prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir (Putin içki həvəskarı deyil, Makron isə Paşinyanın badə dostudur). Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır, Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır”.

Politoloq ermənilərin Moskva ilə Ankara və Bakı arasındakı tərəfdaşlıq münasibətlərindən narahat olduqlarını qeyd edib:

“Ermənistanda keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir. Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər, çünkü pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90