Ermənilər muzdluları bu dəfə Abxaziyadan toplayırbackend

Donbassda məşhur olan terrorçu Axra Avidzba (Abxaz) Abxaziyadan bir qrup etnik erməninin Dağlıq Qarabağa gedəcəyini elan edib.

Busaat.az xəbər verir ki, bu barədə rus döyüşçü Yuri Kots öz Telegram kanalında məlumat verib.

Bildirilib ki, cəbhəyə getmiş və ya gedəcək ermənilərin dəqiq sayı barədə məlumat yoxdur.

Sosial şəbəkə istifadəçiləri “etnik ermənilər”in fotosunun Rusiyanın Soçi şəhərində çəkildiyinə diqqət çəkiblər: “Bunlar necə “etnik”dirlər? Bunlar təmiz muzdlulardır!”

Qeyd edək ki, Axra Avidzba Donetskdə tanınmamış “Donetsk xalq respublikası”nın rəhbərlərindən biridir. Bir neçə il öncə yoxa çıxan terrorçu 2020-ci ildə aksiyalardan birində görüntülənib.

Xatırladaq ki, Kreml dəfələrlə hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini bildirərək Dağlıq Qarabağda Ermənistana dəstək vermək fikrində olmadığını qeyd edib.