“Ermənistan başından böyük işlərə girişir” – Hulusi Akar

“Ermənistan başından böyük işlərə girişir” – Hulusi Akarbackend

Türkiyənin Müdafiə Naziri Hulusi Akar “Anadolu” agentliyinin “Editör Masası” verilişində gündəliyə aid sualları cavablandırarkən Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyə də münasibət bildirib.

Busaat.az  xəbər verir ki, Hulusi Akar bir daha Türkiyənin birmənalı olaraq Azərbaycanın tərəfində olduğunu bəyan edib.

“Azərbaycan türkü əsl qardaşımızdır. Yəni, biz iki dövlət, bir millətik. Biz burada təbii ki, tərəf tuturuq. Durduq yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərimizlə qardaşlarımızın yanındayıq. Ermənistan da ağılla, məntiqlə düşünərək iş görmür. Arxasındakı qüvvələrdən güc alaraq, başından böyük işlərə girişir”,- deyə Akar qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90