Ermənistan daha 36 hərbçisinin məhv edildiyini AÇIQLADI

Ermənistan daha 36 hərbçisinin məhv edildiyini AÇIQLADIbackend

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 36 hərbçisinin adını açıqlayıb.

Busaat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 963- ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90