“Ermənistan gördü ki, Rusiya dəstəyini çəksə…” – Politoloq

“Ermənistan gördü ki, Rusiya dəstəyini çəksə…” – Politoloqbackend

 

“Ermənistan Rusiyanın lütfünə möhtac duruma gəlib”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəng edərək, hərbi əməliyyatların dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərini dəyərləndirən politoloq Şahin Cəfərli bildirib.

Politoloq vurğulayıb ki, Ermənistanın Rusiyanın dəstəyi olmadan işğalı davam etdirəcək gücə və potensiala sahib olmaması gerçəyi bir daha üzə çıxıb:

“Rusiya atəşkəsin bərpasına çalışır, bu, aydındır. Lavrovun telefon diplomatiyası da buna yönəlib. Rusiyanın maraqları baxımından önəmli məqam isə budur ki, Moskvanın təsirindən uzaqlaşmaq üçün kövrək addımlar atan iki müttəfiq ölkə (Ermənistan, Belarus) və onların rəhbərləri bu gün yenidən Rusiyanın lütfünə möhtac duruma gəliblər. Lukaşenko ilə Paşinyanın siyasəti Rusiyanın inteqrasiya layihələrində dezinteqrasiya prosesinə səbəb olaraq, ümumilikdə onun postsovet məkanındakı maraqlarına ciddi problem yaradırdı. İndi ikisi də görüb, anladılar ki, Rusiya dəstəyini çəksə, başlarına nələr gələ bilər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90