Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan Zəngəzura çatdıbackend

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.

Busaat.az xəbər verir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: “Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib”.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.

“Bəli, rəqib bəzi sahələrdə uğur qazanıb, bəli, onlar Sünikin (Zəngəzur –red.) darvazasına yaxınlaşıblar, amma vəziyyət ekstremal deyil”, – deyə o vurğulayıb.

Arçrun Ovannisyan erməni jurnalistlərə sabah hərbi əməliyyatların xəritəsini təqdim edəcəyinə söz verib.