Ermənistan müxalifəti ölkənin Qarabağla bağlı sülh müqaviləsindən çıxmasını tələb edir

Ermənistan müxalifəti ölkənin Qarabağla bağlı sülh müqaviləsindən çıxmasını tələb edirbackend

Müxalif “Çiçəklənən Ermənistan” partiyası Ermənistanın Qarabağla bağlı yeni müqavilədə iştirakını ləğv etmək istəyir. Bu məqsədlə fövqəladə parlament iclası çağırmaq üçün imza toplanır.

Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti-yə deputat İvette Tonoyan məlumat verib.

“Bu qərarı ləğv etmək üçün növbədənkənar iclas çağıracağıq. Hazırda imza toplayırıq” deyib Tonoyan.

Deputat Naira Zohrabyan isə jurnalistlərə açıqlamasında bildirib ki, müxalifət İrəvanın müqavilədə iştirakını ləğv edəcəyinə inanmır.

Putin, Əliyev və Paşinyanın Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatı bu gecə imzalanıb.

Həmin andan sonra izdiham İrəvandakı parlament binasına daxil olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90