“Ermənistan ordusu Sünik vilayətində (Zəngəzur – red.) bəzi mövqelərdən geri çəkilir”.
Globalinfo.az xəbər verir ki, bu barədə icma sakinləri “Oragir.news”a bildiriblər.
Sakinlər ordunun konkret olaraq Sisianın Naxçıvanla sərhəddə yerləşən mövqelərindən geri çəkildiyini iddia edirlər.
“Ordu Datakert və Arevis kəndlərinin bitişik mövqelərindən, həmçinin Ağhotaran və Sartsatun yüksəkliklərindən sakitcə geri çəkilir. Mühəndislik texnikalarının da sayı azaldılır. Məlumatı məxfi saxlamağa çalışırlar”, – nəşrin məlumatında qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib.