Ermənistan ordusunun 80%-i məhv edilib” – İlham Əliyev

“Ermənistan ordusunun 80%-i məhv edilib” – İlham Əliyevbackend

“Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər beynəlxalq hüquq baxımından ona məxsus torpaqlarını işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı”.

Busaat.az-ın xəbərinı görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının onlayn sammitində çıxışı zamanı bildirib.

“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80%-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, – deyə Prezident qeyd edib.

Daha sonra dövlət başçısı ermənilərin 90-cı illərin əvvəllərində Azərbaycana qarşı təcavüzündən, torpaqları işğal etməsindən, Azərbaycan əhalisinə qarşı etnik təmizləmələrdən və məcburi köçkünlərdən bəhs edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90