Ermənistan Təhlükəsizlik Şurasının katibi Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

image-default-22backend

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Aİ nümayəndə heyətinin rəhbəri Andrea Viktorin də iştirak edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Məlumata görə, Armen Qriqoryan və Toivo Klaar Azərbaycanın Laçın yolunu “bağlaması” və onun nəticələrini müzakirə ediblər. Katib Qriqoryan Qarabağın qeyri-qanuni “blokadasını” dayandırmaq və Qarabağ ermənilərinə qarşı etnik təmizləmənin qarşısını almaq üçün beynəlxalq tərəfdaşların əməli addımlarının vacibliyini qeyd edib.

Görüş zamanı həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90