Ermənistan və Macarıstan arasında diplomatik münasibətlər bərpa edilir

image-1098652backend

2022-ci il dekabrın 1-də Ermənistan Respublikasının Xarici İşlər naziri Ararat Mirzoyan və Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Lodzda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüş keçiriblər.

Busaat.az xəbər verir ki, görüş zamanı tərəflər ölkələri arasındakı diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər.

Hər iki tərəf erməni və macar xalqları arasında dərin tarixi və mədəni əlaqələrin, eləcə də ortaq xristian irsinin olması ilə razılaşıb və Ermənistan Respublikası ilə Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Həmçinin Macarıstandakı erməni icmasının rəsmi olaraq tanınan milli azlıq kimi iki xalq arasında körpü rolunu oynadığını qeyd ediblər.

Nazirlər Ermənistan və Macarıstan arasında münasibətlərin hazırkı mərhələsi barədə fikir mübadiləsi aparıblar. Onlar qarşılıqlı etimada və beynəlxalq hüquqa əsaslanan münasibətlərində yeni səhifə açmaq niyyətlərini ifadə edərək, tam diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Görüşün davamı olaraq, iki hökumət münasibətlərinin inkişaf imkanlarını – xüsusən ticarət, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq üçün qeyri-rezident səfirlər təyin edəcəklər. Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90