Ermənistan və Yaponiya XİN rəhbərləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

image-araratbackend

Çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaponiyalı həmkarı Yoşimasa Hayaşi ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüşdə Mirzoyan azərbaycanlıların Laçın yolunu “qanunsuz olaraq bağlaması” nəticəsində Qarabağda yaranmış “humanitar böhran”dan danışıb.

Mirzoyan Ermənistanın müxtəlif sahələrdə potensialının gücləndirilməsi və institusional inkişafı üçün Yaponiyanın davamlı yardımının vacibliyini də qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90