Ermənistan xarici jurnalistləri canlı hədəfə çevirir- Prezidentin köməkçisi

Ermənistan xarici jurnalistləri canlı hədəfə çevirir-  Prezidentin köməkçisibackend

Ermənistan xarici jurnalistləri döyüş bölgəsinə müxtəlif adlarla çağıraraq onları canlı hədəfə çevirməyə çalışır.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi xarici jurnalistləri həmin ərazilərə daxil olmamağa çağırıb: “Əgər onlar atəş məntəqələrinə yaxın ərazilərə gətirilirsə, onların təhlükəsizliyinə cavabdeh deyilik. Ermənilər həmin jurnalistləri atəş nöqtəsinə yaxın ərazilərə gətirir və bununla da təxribatlarını davam etdirir. Bu məsələdə birbaşa məsuliyyət Ermənistanın üzərinə düşür”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90