“Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsi gözlənilir” – Samir Əliyev

“Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsi gözlənilir” – Samir Əliyevbackend

“Torpaqlarımızın azad olması Ermənistan üçün təkcə siyasi və mənəvi yox, həm də iqtisadi böhran yaradacaq”.

Busaat.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev vurğulayıb. İqtisadçıya görə, Ermənistan rəhbərliyi təcili danışıqlar masasına oturaraq, qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına başlamalıdır:

“Koronavirusun ölkə iqtisadiyyatına vurduğu bəla aradan qalxmamış müharibəyə girən Ermənistanı qaçqınların artması, dəyər yaradan işçi qüvvəsinin büdcə yükü yaradan əsgərə çevrilməsi, əhalinin ölkəni tərk etməsi səbəbindən demokqrafik böhranın yaranması iqtisadiyyat üçün yaxın dövrdə baş ağrısına çevriləcək. Ona görə Ermənistan rəhbərliyi təcili danışıqlar masasına oturaraq, qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına başlamalıdır. Əks halda danışıqlarda mövqelərinin zəifləməsi ilə yanaşı, ölkədə iqtisadi böhranın daha da dərinləşməsinin şahid olacaqlar. Tezliklə ölkənin beynəlxalq kredit reytinqlərinin pisləşməsi qaçılmaz olacaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90