Ermənistanın Goranboya kasetli raket atması ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Ermənistanın Goranboya kasetli raket atması ilə bağlı daha bir RƏSMİ AÇIQLAMAbackend
04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

Bu  barədə  Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilmişdir.

Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilmişdir.

Ölkə.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90