Ermənistanın müxalifət lideri haqqında həbs qərarı verildi

Ermənistanın müxalifət lideri haqqında həbs qərarı verildibackend

“Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı parlament fraksiyasının lideri, milyonçu Qagik Tsarukyan haqqında həbs qərarı çıxarılıb.

Busaat.az erməni KİV-nə istinadən xəbər verir ki, müvafiq qərar Yerevan ümumi yurisdiksiya məhkəməsi tərəfindən verilib.

Tsarukyanın vəkili Samvel Dilbandyan jurnalistlərə açıqlamasında bildirib ki, partiya lideri iki ay müddətinə həbs olunacaq. Dilbandyan qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Tsarukyan iri məbləğdə vergidən yayınmada, seçicilərin rüşvətlə ələ alınması və böyük torpaq sahələrinin özəlləşdirilməsində ittiham olunur. Biznesmen iyunda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Tsarukyanın həbsi siyasi motivlərlə də əlaqələndirilir. Belə ki, o, Baş Nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırmışdı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90