Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası Sammitində iştirak edir

image-asadbackend

Suriya prezidenti Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərəb Liqasının Sammitində iştirak edir.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Ərəb Liqasının 32-ci Sammitində iştirak etmək üçün dünən axşam saatlarında Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

O, bu gün keçirilən Ərəb Liqasının bu il 32-ci Sammitində iştirak edir. Ərəb Liqasının Zirvə Toplantısına 12 ildən sonra ilk dəfə qatılan Əsədi sammitdən əvvəl Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman qarşılayıb. Əsədin sammitdə çıxış edəcəyi gözlənilir. Onun yenidən Ərəb Liqasına qoşulması Suriyanın birlikdən təcrid olunmasının sona çatdığını göstərir.

Suriyanın Ərəb Liqasına üzvlüyü prezident Bəşər Əsədin ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibəsində hökumət əleyhinə fəallara qarşı repressiya və zorakı müdaxilə əmrindən sonra dayandırılıb. Mayın 7-də Misirin paytaxtı Qahirədə keçirilən toplantıda Ərəb Liqasına üzv 22 ölkənin xarici işlər nazirlərinin Suriyanın birliyə qaytarılması qərarından sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud Əsədi zirvə toplantısına dəvət edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90