Evdə müalicə alan korona xəstələrinə bu yolla nəzarət olunacaq – RƏSMİ

Evdə müalicə alan korona xəstələrinə bu yolla nəzarət olunacaq – RƏSMİbackend

Nazirlər Kabineti yayında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən SMS icazə sistemi ləğv edildi. Evdə qalan xəstələrə nəzarət məhz bu sistem vasitəsilə həyata keçirilirdi. Maraqlıdır, növbəti mərhələdə bu xəstələrin müalicəsi necə baş tutacaq?

Busaat.az xəbər verir ki Səhiyyə Nazirliyindən  bildirilib ki, evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsi ilə xəstələrin müşahidəsini aparır:

“Eyni zamanda SMS icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, mənzil-istismar sahələri işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub.

Bundan başqa, SMS icazə xidməti ləğv olunduqdan sonra, E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90