“Evdə qal” çağırışı etdi, kafedə qəlyan çəkdi

“Evdə qal” çağırışı etdi, kafedə qəlyan çəkdibackend

Almaniya Bundesliqa təmsilçisi “Şalke”nin futbolçusu Amine Harit etdiyi hərəkətlə gündəm olub. 

Busaat.az xəbər verir ki, o, koronavirus səbəbindən “evdə qal” çağırışı etsə də, özü qəlyan çəkmək üçün kafeyə gedib. Məlumatı “Şalke”nin rəsmi saytı da təsdiq edib.

Klub futbolçunun hərəkətinə görə üzr istəyib: “Futbolçumuz etdiyi səhvi dərk edir və hər kəsdən üzr istəyir. Bir daha belə halın yaşanmayacağına əmin ola bilərsiz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90