Evdən çıxan daha 10 koronavirus xəstəsinə cinayət işi açıldıbackend

Dünən evdən çıxan 17 nəfər COVID-19 xəstəsi saxlanılıb.

DİN-dən Busaat.az-a verilən məlumata görə, dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikanın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir