“Exchange”lər geri qayıdır? – Sahibkarlar 50 min depozit qoymalıdır (VİDEO)

“Exchange”lər geri qayıdır? – Sahibkarlar 50 min depozit qoymalıdır (VİDEO)backend

Bir vaxtlar şəhərin müxtəlif yerlərində, xüsusən də insanların çox olduğu küçələrdə puldəyişmə məntəqələri fəaliyyət göstərirdi. Xarici valyutanı milli pula və yaxud da əksinə çevirmək istəyənlər üz tuturdu bu məntəqələrə. Amma təxminən 5 ildir ki, bu məntəqələr fəaliyyət göstərmir.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

Sakin: “Rahat idi. Oturub burdan harasa banka pul dəyişməyə getmirdin. Gəlirdin yaxında dəyişib işini görürdün. Kimə təcili lazımdır, tez bazar öz işini görüb gedirdi”.

Ruslan Atakişiyev – İqtisadçı: “Devalvasiyadan əvvəl Bakı və Bakıətrafında, eləcə də bütün rayonlar üzrə 14 mindən çox valyuta dəyişmə məntəqəsi var idi ki, bunlar sərbəst şəkildə valyuta mübadiləsi həyata keçirirdi. Maliyyə stabilliyinin formalaşdırlması və maliyyə bazarlarında problematik situasiyanı aradan götürmək üçün mübadilə obyektlərinin fəaliyəti dayandırldı”.

Hazırda valyuta satışı ilə yalnız banklar və poçt şöbələri məşğul olur. Bu isə müəyyən problemlər yaradır.

Həftənin istirahət günləri və bayram günləri isə əksər banklar fəaliyyət göstərmir. Belə olan halda pul dəyişmək istəyən yerli və xarici vətəndaşlar qalır biçarə.

Sakin: “Elə bir adam var ki, evində ehtiyyat pul var, istəyir dəyişsin. Qalırsan biçarə ki, bu qədər pulu necə dəyişəsən. Təcili lazım olur, bank da işləmir”.

Rəşad Həsənov – İqtisadçı: “Bəzi bankların müəyyən filialları fəaliyət göstərir ki, bu filiallarda artıq konvertasiya əlçatan deyil. Bu səbənlərdən də biznesə və yaxud da hansısa vətəndaşa daha optimal şəkildə valyutanı konvertasiya edilməsi imkanının yaradılması zərurəti var”.

Əslində qanunvericilik valyuta dəyişmə məntəqələrinin yaradılmasına icazə verir. Lakin tələb olununan depozitin çox yüksək olması bu işlə məşğul olmaq istəyənlərin yolunu kəsir.

Rəşad Həsənov – İqtisadçı: “Belə bir şərtlər daxilində kiçik marjalarla, yəni 100 dollara təxminən 30-20 qəpik qazanmaqla sahibkar burda öz zərərlərini konpensasiya edə bilməz”.

Mövcud qaydalara görə, əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50000, Abşeron, Sumqayıt və Gəncədə isə valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25000 manat depozit qoymalıdılar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90