Fatih Terim “Qalatasaray”dan ayrılır?

Fatih Terim “Qalatasaray”dan ayrılır?backend

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayıra bilər.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis ölkə kubokunun 1/8 finalında “Yeni Malatyaspor”a qalib gəldikləri matçdan sonra verdiyi açıqlamada bu mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənməyəcəyinə işarə edib:

“Bu gün dərin bir yalnızlıq hiss etdim. Mən hər hansı insanlara, hansısa qruplara yox, azarkeşlərə söz vermişəm. Onsuz da may ayında müqaviləmin müddəti bitir”.

İstanbul təmsilçsinin rəhbərliyi ilə Terim arasındakı müasibət bir müddətdir ki, gərgindir. Klubun prezidenti Mustafa Cengizin isə bu gün Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək mətbuat konfransında bu məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “aslanlar”a baş məşqçilik edib. Onun son təyinatı 2017-ci ildə olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90