“Fərdi sahibkar dəyən maddi-mənəvi ziyanın kompensasiyasını tələb etməlidir” – İqtisadçıdan reaksiya

“Fərdi sahibkar dəyən maddi-mənəvi ziyanın kompensasiyasını tələb etməlidir” – İqtisadçıdan reaksiyabackend

“Fərdi sahibkarlar kütləvi şəkildə öz hüquqlarını qorumalıdır”.

Bir neçə gün öncə sosial şəbəkələrdə İqtisadiyyat Nazirliyinin yaninda Dövlət Vergi Xidmətinin fəaliyyətinə icazə verilən 450 sayda fəaliyyət kodu qeyd edilib.

Busaat.az xəbər verir ki, açıqlanan siyahı ilə bağlı iütisadçı Rövşən Ağayev öz fikirlərini bildirib.

İqtisadçı qeyd edib ki, bu addımla İqtisadiyyat Nazirliyi insanlarla siçan-pişik oynamağa başlayıb:

“Əvvəllər elektron icazə sistemində iki düymə var idi. Vətəndaş burada ya təsisçi, ya da əmək müqaviləsini seçməli idi. İndi isə “təsisçi” düyməsini ləğv ediblər. Halbuki işçisi olmayan fərdi sahibkar təbii ki, özü-özüylə əmək müqaviləsi bağlayası deyil. O, heç muzdlu işçi də deyil, sahibkar (işəgötürən) statusundadır.
Hətta “əmək müqaviləsi” düyməsini seçsə belə, sistem onu qəbul etməyəcək. Çünki əmək müqavilələrinin elektron bazasında adın yoxdursa, imtina gələcək. Özlərinə hörmət etməyən adamlardan başqalarına hörmət gözləməyin mənası qalmayıb”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90