Fəxrəddin Altun: “Yeni qiyafələr altında beşinci kolon fəaliyyətlərinə imkan vermərik”

image-altunbackend

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-da yerləşən bir fondun Türkiyədəki bəzi media qurumlarını maliyyələşdirdiyi iddialarını yaxından izlədiklərini söyləyib.

F.Altun Türkiyə Konstitusiyasında məlumat almaq və vermək azadlığının təmin edildiyini xatırladaraq, azad mətbuatın demokratiyanın əsas sütunu olduğunu vurğulayıb.

O, qeyd edib ki, medianın daxili və xarici vəsayət mərkəzləri tərəfindən maraq göstərilən bir sahə olduğunu da başa düşürlər.

“Bəzi xarici liderlərin Türk siyasətini dizayn etmək niyyətlərini və səylərini açıq şəkildə ifadə etdikləri bir mühitdə, hər hansı bir xarici dövlətin və ya təşkilatın media sektoruna müxtəlif qrantlar verməsini sözü gedən maraq və hədəflərdən ayrı şərh edə bilmərik. Nə mətbuat azadlığı, nə də başqa bir bəhanə ilə demokratiyamızı kimlərinsə əlində oyuncaq etməyəcəyimizə heç kimin şübhəsi olmasın. Biz yeni qiyafələr altında beşinci kolon fəaliyyətlərinə imkan vermərik.

Xarici dövlətlərin və ya quruluşların qrantları ilə ölkəmizdə fəaliyyət göstərən media qurumları ilə bağlı tənzimləməyə ehtiyac olduğu aydındır. Bunun bir nümunəsini ABŞ-da görmək mümkündür. Məsələn, ABŞ-da xarici dövlətlər tərəfindən maliyyələşdirilən media qurumları hər altı ayda bir ABŞ orqanlarına fəaliyyətləri haqqında ətraflı məlumat vermək məcburiyyətindədirlər. Türkiyədə də oxşar statusda fəaliyyət göstərən və birbaşa xarici dövlətlər tərəfindən maliyyələşdirilən müxtəlif media qurumları mövcuddur. Bunlarla bağlı ictimai asayişi qorumaq və xalqımızın doğru xəbər almaq hüququnu təmin etmək üçün ehtiyacımız olan tənzimləmələri ən qısa zamanda tamamlayacağıq”, deyə Altun bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90