Feysbuk  fəal olmayan “Instagram Lite” tətbiqini bağlayıbbackend

“Facebook”, iki ildır test ettiği “Instagram Lite” tətbiqini nəhayət ki, bağlayıb. Giriş səviyyəli qurğular üçün yayımlanan İnstaqramın yüngül versiyası, indi istifadəçiləri əsas İnstagram tətbiqinə yönəldir.

Busaat.az türk mediasına istinadən xəbər verir ki, sosial media platformaları son bir neçə ildə daha çox istifadəçiyə çatmaq üçün tətbiqlərinin “Lite” versiyalarını aşağı səviyyəli qurğular üçün istifadəyə verirdi. “Facebook” da bu məqsədlə “Instagram Lite”-ı sınaqdan keçirməyə başlamışdı, lakin 2 il sınaqdan sonra tətbiq səssizcə bağlandı.

“Instagram Lite”  ilk dəfə 2018-ci ilin iyun ayında “Google Play”-də yayımlanıb. Digər “Lite” tətbiqləri kimi, “Instagram Lite”-ın  məqsədi mobil cihazlarda daha az yer tutan daha yüngül bir tətbiq təklif etmək idi.