FIFA prezidenti Maradonanın ölümündən danışıb

FIFA prezidenti Maradonanın ölümündən danışıbbackend

“Bu gün (25 noyabr-red) inanılmaz dərəcədə kədərli gündür. Dieqomuz bizi tərk etdi. Onu olduğu kimi sevən ürəklərimiz bir anlıq dayandı. Hazırda hiss etdiyimiz yeganə şey ağrıdır”.

 

Busaat.az xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

 

O bildirib ki, argentinalı veteran hücumçu əbədi olaraq qəlblərdə yaşayacaq: “Maradona həmişəlik bütün futbol nağılları tarixində önəmli yer tutacaq. Bu çətin vaxtda ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı veririk. Rahat yat, Dieqo. Biz səni sevirik”.

 

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90