“Formula 2”: Bakıda ilk sprint yarışı başladı

image-4d64fb43-229c-3953-a648-2e8811b86910_850backend

“Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilib.

“Report”un məlumatına görə, pilotlar ilk sprint yarışında mübarizəyə başlayıb.

Saat 13:00-da “Formula 1” pilotları üçüncü sərbəst yürüşə başlayacaq, 16:00-da isə sıralama turu olacaq.

Saat 17:40-da isə “Formula 2″də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2″də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90