Fransa Azərbaycanı qeyri-şərtsiz Laçın dəhlizində hərəkəti bərpa etməyə çağırdı

image-azerbaycan-fransabackend

Fransa ilkin şərt olmadan Laçın dəhlizi ilə hərəkəti bərpa etməyə çağırır.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Fransa Ermənistan və Qarabağı birləşdirən dəhliz vasitəsilə nəqliyyatın hərəkətinə mane olan və yerli əhali üçün ciddi humanitar fəsadlar törədən son hadisələri pisləyir. Fransa Qarabağda yaşayan insanların hüquqlarına hörmətlə yanaşaraq, ilkin şərt olmadan Qarabağa tədarükün bərpasına çağırır” – deyə, Fransa Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik əlavə edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına əməl edilməlidir: “Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin etməyə borcludur”.
Bu gün ABŞ Dövlət Departamenti də “Qarabağın mülki əhalisinin hədəfə alınmasını” qəbuledilməz hesab edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki