Fransa səfirinin geri çağırılmasına Ankaradan reaksiya

Fransa səfirinin geri çağırılmasına Ankaradan reaksiyabackend

Fransa Ankaradakı səfirini geri çağırmaqla Türkiyə ilə münasibətlərində gərginliyin artmasına səbəb olub.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir. 

Nazirlikdən bildiriblər ki, Fransa Türkiyə ilə ikitərəfli münasibətlərdə “birtərəfli və eqosentrik” yanaşmanı davam etdirir.

XİN-də Türkiyənin terrorizm və zorakılığın bütün növləri ilə mübarizə apardığı vurğulanıb, fransız müəllim Samuel Patinin öldürülməsindən təəssüfləndiklərini bildiriblər.

Bununla yanaşı, Türkiyənin xarici siyasət idarəsində bildirilib ki, uzun illər türk müəllimlərinin PKK terrorçuları tərəfindən qətlə yetirilməsi ilə bağlı Fransanın heç zaman heç bir bəyanatı olmayıb.

XİN-də onu da əlavə ediblər ki, bu yaxınlarda ölkənin dövlət qurumlarının binalarında müsəlmanları təhqir edən karikaturaların nümayiş etdirilməsi ilə bağlı Fransa hökuməti tərəfindən hər hansı reaksiya olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90