Fransada müsəlman qadınlara irqçi hücum olub

Fransada müsəlman qadınlara irqçi hücum olubbackend

Parisdə iki müsəlman qadına bıçaqlı hücum olub.

Busaat.az  Fransa mətbuatına istinadən xəbər verir ki, Eyfel Qülləsi yaxınlığında yerləşən mağazada alış-veriş edən Kenza (49) və Amel (46) adlı əlcəzairli qadınlar irqçilik edən digər iki qadın tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Həmin şəxslərin “Çirkli Ərəblər” deyə qışqırdığı bildirilib.

Polisin cinayətkarları nəzarətə götürdüyü və onların qətl cəhdində təqsirləndirildiyi açıqlanıb.

Xatırladaq ki, bir müddət öncə “Əl-Cəzirə” telekanalının saytında Fransa Prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalə dərc olunmuş, onun fikirləri müsəlman fəallarının kəskin reaksiyası ilə nəticələnmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90