“Fransanın Makron kimi dövlət başçısı olduğu müddətdə…” – ŞƏRH

image-20220119pht21324_originalbackend

“Bu günə qədər Fransa Ruandadan, Əlcəzairdən və digər milyonlarla insanın qətlinə səbəb olan cinayətlərə görə heçkimdən üzr istəməyib”.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fransanın müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə görə üzr istəmək çağırışına münasibət bildirən politoloq Elçin Mirzəbəyli Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, prezident İlham Əliyev tarixi reallıqları ifadə edir:

image-elchinmirzabayli

“Fransanın üzr istəyəcəyini hesab etmirəm. Fransa yalnız tarixdəki yox, bu gün də törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Fransanın bu gün də müstəmləkəçi ölkə olduğunu xatırlatmaq istəyirəm. Bu günə qədər Fransa Ruandadan, Əlcəzairdən və digər milyonlarla insanın qətlinə səbəb olan cinayətlərə görə heçkimdən üzr istəməyib. Qondarma soyqırım məsələsi isə fakt deyil. Siyasi təzyiq vasitəsidir. Fransa və digərləri Türkiyəyə təzyiq göstərmək üçün erməni məsələsindən bugünə qədər yararlanıb. Proseslər indi də davam etməkdədir. Türkiyəyə qarşı soyqırım iddialarının irəli sürülməsinin heç bir əsası yoxdur. Bunu hər kəs bilir. Məsələ kontekstdən çıxarılaraq ayrı müstəvidə müzakirə olunmalıdır”.

“Fransanın Makron kimi müstəmləkəçi təfəkkürə malik dövlət başçısı olduğu müddətdə vicdanlarının oyanacağına inanmıram. Əgər vicdanı oyansa idi bugün Azərbaycan torpaqlarının vaxtilə işğal olunması ilə ermənilərin törətdiyi vandalizm aktlarını görərək nəticə çıxarar və onların əməllərini azərbaycanlıların adına çıxarmağa cəhd göstərməzdi”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki