FTB xüsusi qüvvələrini şəhərə yeritdi- ABŞ yenə qarışdı

FTB xüsusi qüvvələrini şəhərə yeritdi- ABŞ yenə qarışdıbackend

ABŞ-ın Kentuki ştatının Luisvill şəhərində 26 yaşlı afroamerikalı Briyanna Teylorun öldürülməsində iştirak edən polislərin cəzalandırılmaması etiraz aksiyalarına səbəb olub.

Busaat.az xəbər verir ki, hakimin polislərə hər hansı cəza verilməyəcəyi barədə açıqlamasından sonra xalq küçələrə axışıb.

Etirazçılarla asayiş keşikçiləri arasında baş verən insident nəticəsində 2 polis xəsarət alıb. Federal Təhqiqat Bürosu Xüsusi Silahlar və Taktikalar Komandasını bölgəyə yeridib. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib.

Şəhərdə 3 günlük 21:00-06:30 saatları arasında küçəyə çıxma qadağası tətbiq olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90