İran səhvən öz gəmisini vurdu – 19 ölü, 15 yaralı

İran səhvən öz gəmisini vurdu – 19 ölü, 15 yaralıbackend

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.

Busaat.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.

Bildirilir ki, hadisə Fars körfəzində baş verib.

Belə ki, “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

İran Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, partlayışda 15 nəfər yaralanıb, 19 nəfər ölüb.

Qeyd edək ki, “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90