“Gəmini qaçıran quldurlardan xəbər yoxdur” – Çavuşoğlu

“Gəmini qaçıran quldurlardan xəbər yoxdur” – Çavuşoğlubackend
image-busaat_banner_768x90

“Gəmi dünən axşamdan etibarən limana yaxınlaşdı. Prezidentimiz prosesi əvvəldən izləyir”.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, indiyə qədər quldurlardan bir xəbər yoxdur.

“İndiyə qədər quldurlardan bir xəbər yoxdur. Dördüncü kapitanımız gəmidə qalır. Xüsusilə, Qabon Müdafiə Nazirliyi tərəfindən mühafizə üçün əlavə heyət cəlb olunub. Gəmiyə sahib olan şirkət də bütün hazırlıqlarını görüb. Ancaq quldurlardan nə ailələrinə, nə bizə, nə də şirkətə xəbər gəlməyib. Hələ əlaqə qurmayıblar, görüş olmayıb. Ancaq prosesi izləyirik”,- deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb.

Gəminin Türkiyəyə məxsus olduğu bildirilsə də, daha sonra Çavuşoğlu açıqlama verərək bunu təkzib etmişdi: ““Mozart” xarici gəmi sahibinə məxsusdur, lakin onun ekipajı Türkiyə şirkəti tərəfindən verilib. Yəni gəmi Türkiyə şirkətinə məxsus deyil. Ekipaj üzvlərinin 19-u etnik türklər, biri Azərbaycan vətəndaşıdır. Sonuncu təəssüf ki, həlak olub”.

Nazir gəminin Qabonun ərazi sularında yerləşdiyini də sözlərinə əlavə etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90