Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az APA.az-a istinadən xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Land Rover”, “Khazar”, “KIA” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.