Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olundu – FOTOLAR

Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olundu – FOTOLARbackend

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub.

Akademiya rəisi Qulu Novruzov 2019/2020-ci tədris ilində məzun olan tələbələrə bundan sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb. Akademiya rəisi pandemiya ilə bağlı vəziyyət nəzərə alınaraq, Akademiyada mart ayından başlayaraq dərslərin və imtahanların, o cümlədən buraxılış işlərinin müdafiəsinin onlayn təşkil olunduğunu bildirib.

O, tələbələrin onlayn dərslərdə iştirakının və fənlərin məzmununun qavranılmasının yüksək səviyyədə olduğunu vurğulayıb.

Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etdiyini bildirən Qulu Novruzov buna baxmayaraq buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğunu və uğurla başa çatdığını xatırladıb. “Nəzərdə tutulan akademik öhdəliklərin yerinə yetirilməsi üçün maksimum dərəcədə bütün lazımı işlər görüldü”, – deyə Akademiya rəisi qeyd edib.

Qulu Novruzov məzunların işlə təminatı məsələsinə də diqqət çəkərək keçən ilki məzunların gömrük orqanlarında işlə təmin olunması haqda söz açıb.

Akademiya rəisi bildirib ki, artıq ikinci ildir ki həqiqi hərbi xidmətini başa vurmuş məzunların sənədləri Akademiya tərəfindən Komitəyə göndərilir. “Təhsildə və sosial fəaliyyətdə uğurlu nəticələr əldə etmiş məzunların gömrük xidmətində fəaliyyət göstərməsi bizim üçün arzu olunandır” – deyə Akademiya rəisi vurğulayıb. Qulu Novruzov onu da qeyd edib ki, Gömrük Akademiyası fərdi mənəvi keyfiyyətlər, milli-mənəvi dəyərlərə daha çox diqqət yetirən ali məktəbdir. Akademiya rəisi əmin olduğunu bildirib ki, məzunlar hər zaman Akademiyanın adını yüksəldəcəklər.

Sonra məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Akademiyadan 40 tələbə məzun olub. Onlardan 19 nəfəri “İqtisadiyyat”, 21 nəfəri “Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Məzunların əksəriyyəti Azərbaycanın, o cümlədən Gömrük Akademiyasının və bir sıra xarici ölkələrin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Məzun tələbələrdən həqiqi hərbi xidmətə gedənlər də var.

Akademiyada bakalavriat səviyyəsində 4 ixtisas – I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90