“Gömrük Komitəsi ləğv olunmalıdır” – AÇIQLAMAbackend

“ƏDV iqtisadi artımın əsas göstəricisidir, bu vergi üzrə cari ildə daxilolmalar 4 mlrd 598 milyon manat, bunun da idxaldan 2 mlrd 675 mln man, özümüzün yaratdığımız ƏDV isə 1 mlrd 923 mln man proqnozlaşdırılıb”.

Busaat.az xəbər verir ki, bunu iqtisadçı Nazim Bəydəmirli deyib.

O qeyd edib ki, yəni, ölkədə yaratdığımız əlavə dəyərdən tutulan vergi, xaricdən idxal olunandan 752 milyon manat və ya 28% azdır: “Bu verginin son ödəyicisi istehlakçı olduğundan bütün bu vəsaitlər vətəndaşların cibindən çıxır və xarici iqtisadi tərəfdaşlara gedir. Eyni zamanda qeyd etməliyəm ki, daxildə toplanan ƏDV-nin əhəmiyyətli bir hissəsi elə gəlir vergisində olduğu kimi, dövlətin bir cibindən alıb digər cibinə qoymasına bənzəyir. Belə ki, hər il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna (dövlət investisiya layihələrinə) böyük həcmdə vəsait ayrılır. Növbəti ildə bu vəsaitin həcmi 5 mlrd 602 mln manat olacaq və büdcədə “iqtisadi fəaliyyət” maddəsi kimi göstərilib, bu vəsaitin ayrılmasından tutulacaq ƏDV-ni hesablamış olsaq 1008 mln manat dövlətin ancaq bu maddədən hesablanacaq ƏDV-si alınır. Dövlət büdcəsinin xərc hissəsindəki sair maddələr, eyni zamanda ehtiyyat fondlarından tikinti quruculuq işlərinə ayrılacaq vəsaitləri də hesablasaq görəcəyik ki, elə ƏDV-nin də 70%-dən çoxu elə dövlət büdcəsinin xərclərinə ayrılmış vəsaitlərin “U dönüşü”dür. Beləliklə Azərbaycan iqtisadiyyatının yaratdığı əlavə dəyər heç də ürəkaçan səviyyədə deyil və inkişafımızın təkanverici qüvvəsi uzun illərdir ki, dövlət investisiyalarıdır və bu tendensiya 2020-ci ildə də davam edəcək”.

“ƏDV-yə zaman kontekstində baxsaq, görərik ki, 5-6 il öncə 2014-cü ilin dövlət büdcəsində 2139 mln manatla müqayisə etdikdə 216 milyon azalır (10% dən çox) demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması dinamikası çox zəifdir..ancaq Gömrük xətti ilə idxaldan alınan ƏDV 2675 mln manat proqnozlaşdırılır, xatırladım ki, 2014-cü ildə idxaldan ƏDV 1070 manat olub…artım 1605 mln manat, artım 2.5 dəfə…bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki keçən ilin əvvəlindən gömrük statistikasının vergilər nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmlı olan həcminə aydınlıq gətirir..Gömrük komitəsi büdcədən nə qədər “yayındırıb”? Ümumiləşdirib belə də demək olar, Gömrük siyasəti daxili bazarı qoruya bilməyib, qoruması da mümkün deyil. Hələ dünyada heç bir ölkə yüksək gömrük tarifləri ilə nə daxili istehsalı qorumaqla, həm də rəqabətə davamlı ixrac yönümlü “marka, brend” yarada bilib. “Daxili bazarı qorumaq” şüarı qlobal bazarda taftalogiyadır, PR-dır və monopolistlərə xidmət edir. Qapalı iqtisadiyyatlarda “yalnız tariflərlə daxili istehsalı qorumaq” ölkəni ancaq xammal ölkəsinə çevirməyə yararlıdır, qiymətlərin bahalaşmasından başqa bir işə yaramır. Bu işlər iqtisadi fəallığı artırmaqla, təşviqlə, real sahibkarlığın inkişafını şərtləndirən 10-larla faktorun olmadığı halda indiki vəziyyət yaranır…..Bu gün də daxil olmaqla gömrüyün topladığı vəsaitlərin təqribən 76%-i vergidir (idxaldan ƏDV, aksiz vergisi və yol vergisi) həm də buna görə də islahat qaçılmazdır, vergini bir neçə qurum toplamalı deyil… Gəldiyim nəticə odur ki, Gömrük komitəsi ləğv olunub xidmət kimi Vergilərin tərkibində olmalıdır…” – N.Bəydəmirli qeyd edib./Yenisabah/