Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarına bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.
Busaat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.








